EN

Neft tələbi ssenarisi 2050: OPEC kritik proqnozlar verir

Yazını böyüt
Yazını kiçilt

Neft 2050-ci ilə qədər qlobal enerji kompleksində liderlik etməyə davam edəcək. OPEC-in son hesabatına görə, enerjiyə tələbat artmaqda davam edir və 2050-ci ilə qədər gündəlik neft tələbinin 112,4 milyon barrelə çatacağı proqnozlaşdırılır.

Hafta.az-ın yazdığına görə, OPEC-in 2025-ci il üçün Dünya Neft Görünüşünə dair proqnozlarına əsasən, artan qlobal əhali, iqtisadi yüksəliş, enerji siyasətlərindəki dəyişikliklər və texnoloji irəliləyişlər enerji tələbatını sürətlə artırır. Son illər bərpa olunan enerji sərmayələrində rekord artıma baxmayaraq, qlobal tələb neft, təbii qaz, kömür və nüvə enerjisi kimi ənənəvi resurslarda da tarixi zirvələrə çatır.

Hesabatda bildirilir ki, 2050-ci ilə qədər qlobal ilkin enerji tələbatı təqribən 23 faiz artaraq gündə 378 milyon barel neft ekvivalentinə çatacaq. Bu artımın böyük hissəsi OPEC-ə daxil olmayan ölkələrdən gələcək. Qarşıdakı illərdə kömürdən başqa bütün əsas enerji mənbələrinə tələbatın artacağı proqnozlaşdırılır. Bərpa olunan mənbələr, xüsusilə külək və günəş enerjisi, siyasi stimullar və ucuzlaşma xərcləri sayəsində əhəmiyyətli dərəcədə artacaq. 2050-ci ilə qədər bərpa olunan enerjinin gündəlik 99,4 milyon barel neft ekvivalentinə çatacağı, nüvə enerjisinin isə yenidən sürət qazanaraq sutkada 24,9 milyon barrelə çatacağı gözlənilir.

Bununla belə, kömür, ehtimal ki, enerji və iqlim siyasətlərinə görə azalma yaşayacaq və tələbat gündəlik 51,4 milyon barrelə qədər azalacaq.

Neft və təbii qazın ümumi qlobal enerji kompleksində payı 2050-ci ildə 50 faizdən yuxarı qalacaq. Hesabata görə, neft 29,8 faiz səviyyəsində aydın liderliyini qoruyacaq. Bunu 26,3 faizlə bərpa olunan mənbələr, 23,7 faizlə təbii qaz izləyəcək. Kömürün payı 13,6 faizə, nüvə enerjisinin payı isə 6,6 faizə düşəcək. OPEC-in bu uzunmüddətli proqnozu neftin qlobal enerji bazarlarında strateji əhəmiyyətinin növbəti illərdə də davam edəcəyini ortaya qoyur.

Chosen
333
4
hafta.az

5Sources