EN

Bakıda “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilir

Medianın İnkişafı Agentliyi (MEDİA) və “Azerconnect Group”un birgə əməkdaşlığı çərçivəsində milli mətbuatın 150 illiyi münasibətilə “Gələcəyin mediası: “Əkinçi”nin izi ilə” mövzusunda Forum keçirilir.

Açılış mərasimində “Azerconnect Group” baş direktoru Emil Məsimov, MEDİA-nın icraçı direktoru Əhməd İsmayılov və Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış edəcəklər.

Məlumat üçün bildirək ki, Forum “Əkinçi” qəzetinin bəyan etdiyi prinsipləri rəhbər tutan Azərbaycan mediasının bu il 150 illik yubileyi münasibətilə rəqəmsal media sahəsində peşəkar vərdişlərin inkişaf etdirilməsi, medianın gələcəyi və gənclərin bu prosesdəki rolunun əhəmiyyəti, onların informasiya istehsalında fəal iştirakı və dəyişən media reallıqları ilə bağlı düşüncələrinin təkmilləşdirilməsi, gənclər üçün təcrübəli media nümayəndələri ilə şəbəkələşmə imkanlarının yaradılması, eyni zamanda bu sahədə kadr potensialının və məşğulluq imkanlarının artırılması məqsədilə keçirilir.

Forum çərçivəsində jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin media sahəsinə marağı olan 100 nəfərə yaxın tələbənin iştirakı ilə mətbuat tarixi, media təhsili və məşğulluq imkanları, habelə mediada innovasiyaların və texnologiyanın tətbiqi kimi mövzularda peşəkar media nümayəndələri, ekspertlərin iştirakı ilə panel ssesiya, təlim və üzbəüz görüşlərin təşkil edilməsi planlaşdırılır.

Belə ki, tədbir zamanı “Gələcəyin mediasına baxış: jurnalistika gələcəyin peşəsi kimi” adlı panel sessiya və “Media peşəkarlığı və yeni nəsil jurnalistika” adlı “One-on-one” formatlı görüş keçiriləcək.

Chosen
41
4
aznews.az

5Sources