EN

Amerikalı döyüşçü UFC-dən uzaqlaşdırılıb

Amerikalı döyüşçü Mett Braun UFC-dən uzaqlaşdırılıb.

Ölkə.az "Report"a istinadən xəbər verir ki, iştirakçıların siyahısında "təmizləmə işləri" aparan yarışın təşkilatçıları 44 yaşlı idmançı ilə də yolları ayırıb.

M.Braun 2008-ci ildən UFC-də mübarizə aparırdı. Onun liqada 17 qələbəsi və 13 məğlubiyyəti var.

Qeyd edək ki, M.Braun son vaxtlarda UFC-ni tərk edən yeganə idmançı deyil. Daha əvvəl britaniyalı Cordan Vuçeniç, amerikalı Trevin Gils, braziliyalı Vivian Arauxo və konqolu Ance Luza da UFC-dən uzaqlaşdırılıb.

Chosen
17
12
olke.az

10Sources