EN

“Görüş Azərbaycanın liderliyi atmosferində keçdi”

Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Abu-Dabidə Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin görüşünü müsbət atmosterdə keçdi deyə qiymətləndirə bilərik. Nəhayət ki, Ermənistan Azərbaycanın tələbləri qarşısında, onlara əməl etmək istiqamətində addımlar atmaqdadır”.

Bunu xalqcebhesi.az-a açıqlamasında Cross Media Təhlil Mərkəzinin analitiki, siyasi şərhçi Mübariz Göyüşlü söyləyib.

Siyasi şərhçinin sözlərinə görə, Azərbaycan Zəngəzur dəhlizinin açılması, sülh sazişinin imzalanması kimi məsələləri müharibə bitən gündən dərhal sonra irəli sürmüşdü: “Nəhayət, Paşinyan da bu məsələlərə əməl etməkdə cəhdlər göstərir. Bu görüş də Azərbaycanın liderliyi atmosferində keçdi. Biz Ermənistanın Azərbaycanın tələblərini yerinə yetdirdiyini müşahidə etməkdəyik. Bu da təbii ki, müsbət tendensiya kimi qiymətləndirilə bilər. Düşünürəm ki, Ermənistanın da perspektivi, xoş məqamları elə Azərbaycanın tələblərini yerinə yetirməklə bağlı ola bilər”.

Röya İsrafilova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
26
icma.az

1Sources