EN

Rusiyadan Zəngəzur dəhlizi AÇIQLAMASI: Əgər bu baş versə... 

Rusiya Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına dəstək verməyə hazır olduğunu bəyan edib.

Referans Müsavat.com-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya”ya müsahibəsində bildirib. Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında gərginliyin aradan qaldırılması üçün əsas yol xəritəsi 2020 və 2022-ci illərdə imzalanmış üçtərəfli razılaşmalarda əksini tapıb.

Qaluzin qeyd edib ki, sülh sazişinin hazırlanması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası (Zəngəzur dəhlizinin açılması), sərhədlərin dəqiqləşdirilməsi və vətəndaş cəmiyyətləri arasında dialoqun qurulması bu prosesin əsas istiqamətləridir:

"Fikrimizcə, sülh sazişinin hazırlanması, iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, sərhədlərin müəyyənləşdirilməsi və təsdiqlənməsi, eləcə də Ermənistan və Azərbaycan arasında parlamentlər və vətəndaş cəmiyyətləri səviyyəsində dialoqun yaradılması istiqamətində irəliləmək vacibdir".

O vurğulayıb ki, Moskva, razılaşmanın bir tərəfi olaraq, tərəflər arasında bu məqsədlə atılacaq addımları dəstəkləməyə və əməkdaşlıq etməyə hazırdır.

Qeyd edək ki, iyulun 10-da Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçirilib.  

Chosen
33
4
referans.az

5Sources