Sfera.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Türkiyənin illərdir mübarizə apardığı terror problemi həll mərhələsinə çatıb.
Sfera.az türk mediasına istinadən xəbər verir ki, terror təşkilatı PKK rəsmən silahı yerə qoyduğunu açıqlayıb.
Prezident Rəcəb Tayyib Ərdoğan və MHP lideri Dövlət Baxçalının siyasi riskləri gözə alaraq həyata keçirdiyi qətiyyətli siyasətin nəticə verdiyi və “Terrordan azad Türkiyə” hədəfinə bir addım daha yaxınlaşıldığı bildirilir.
Prezident Ərdoğanın əsas prioritetlərindən biri olan terrora son qoyma inancı və qətiyyətinin bu inkişafla daha da gücləndiyi vurğulanıb. Rəsmilər, terrordan qidalanan lobbilərin məğlub olduğunu, Türkiyənin isə bu prosesdən qalib çıxdığını bildiriblər.
Fidan Hacızadə
Sfera.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.