“Fənərbağça” Marko Asensionun transferi üçün Fransa çempionu PSJ ilə anlaşıb.
Msport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
İstanbul klubu 29 yaşlı yarımmüdafiəçi ilə də razılığa gəlib. Asensio tibbi müayinədən keçmək və rəsmi müqavilə bağlamaq üçün İstanbula dəvət olunub.
Qeyd edək ki, Marko Asensio son olaraq icarə əsasında “Aston Villa”da çıxış edib.