Türkiyənin “Fənərbağça” klubu Marko Asensionun transferi üçün Fransa təmsilçisi PSJ ilə anlaşıb. Bu barədə mediaya insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
Qeyd edək ki, 29 yaşlı yarımmüdafiəçi Asensio tibbi müayinədən keçmək və rəsmi müqavilə bağlamaq üçün İstanbula dəvət olunub. Xatırladaq ki, Marko Asensio son olaraq icarə əsasında İngiltərənin “Aston Villa” komandasında çıxış edib.
M.HACIXANLI
XQ