EN

"Araz-Naxçıvan"ın rəqibi Bundesliqadan futbolçu transfer etdi

BAKI, 11 iyul. TELEQRAF

UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Araz-Naxçıvan"la qarşılaşacaq Yunanıstanın "Aris" komandası növbəti transferini reallaşdırıb.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, Saloniki təmsilçisi Almaniyanın "Auqsburq" təmsilçisindən Fredrik Yenseni heyətinə cəlb edib.

28 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 3 illik müqavilə imzalayıb.

Fredrik Yensen Finlandiya millisinin üzvüdür.

Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ilk oyununu iyulun 24-də evdə, cavab görüşünü iyulun 31-də səfərdə keçirəcək.

Chosen
20
teleqraf.com

1Sources