EN

“Əkinçi” qəzetinin 150 illiyinə ithaf olunmuş kitab nəşr edilib

Bakı, 11 iyul, AZƏRTAC

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Əzizə Ələkbərovanın “Əkinçi” qəzetinin 150 illiyinə ithaf etdiyi, əsərləri ərəb əlifbasından transfoneliterasiya edərək nəşrə hazırladığı “Əkinçi”lər” kitabı çapdan çıxıb. Ə.Ələkbərova kitaba geniş ön söz yazıb və ədəbiyyat göstəricisi əlavə edib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitabda “Əkinçi” qəzetində məqalələri çap edilmiş bütün müəlliflərin tam siyahısı və onların əksəriyyəti haqqında qısa məlumat verilib. Həsən bəy Zərdabinin tərtib etdiyi “Türk nəğmələri” və Ələkbər Heydərinin “Qəzet və müxbirlik” kitabçaları ilk dəfə transfoneliterasiya olunaraq çap edilib. Kitabda “Əkinçi” qəzetinin digər üzvlərinin də indiyə qədər çap olunmuş və olunmamış əsərləri yer alıb.

Yeni nəşrin elmi redaktoru Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi filologiya üzrə fəlsəfə doktoru Məhəbbət Mehdiyeva, rəyçisi Bakı Dövlət Universiteti Şərqşünaslıq fakültəsinin Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının müəllimi Eldost İbrahimovdur.

Chosen
21
4
azertag.az

5Sources