EN

Təhlükəli qidanın Agentliyi... Qidaların qiymətləri dayanmadan artır, keyfiyyəti də üzüaşağı gedir

Bizimyol saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

"Veysəloğlu" şirkətlər qrupunun elan etdiyi "Qida təhlükəsizliyi ayı"na yekun vurulub. Bu başlıqla xeyli xəbər oxudum.

Bilmirəm, "təhlükəsiz ay" bizə nə qazandırıb? Amma itirdiklərimiz göz qabağındadır.

Elə son bir ayda ölkə üzrə qidadan zəhərlənib ölən insanların statistikasını araşdırsaq, əsl mənzərəni görərik. "Veysəloğlu" şirkətlər qrupu, əlbəttə, nəcib iş görüb, təşəbbüs edib. Ancaq bu problemə görə dövlət məsuliyyətinin daşıyıcısı olan Qida Təhlükəsizliyi Agentliyi var. Məncə, hazırda ölkədə ən böyük qida təhlükəsi mənbəyi elə bu yarıtmaz Agentlikdir.

Elə təkcə Qurban bayramında gördüklərimiz yetərlidir; kim harda, necə gəldi, qoyun kəsirdi. Toyxanalardakı qida terrorundan isə danışmağa dəyməz. Guya o keyfiyyətsiz araqların harda, necə kustar üsullarla doldurulub, bağlandığını Qida Təhlükəsizliyi Agentliyi bilmir?! Ya toylarda verilən o köhnə yeməklər, guya sərinləşdirici içkilər, Nuhu taxtda, Şah Abbası qundaqda görmüş o "Paytaxt" salatlarından bəlkə Qoşqar Təhməzlinin xəbəri yoxdur?!

Şəhər restoranlarında, kafelərdə, çay evlərində, qəzetdən başqa hər şey satan qəzet köşklərindəki vəziyyət... Bu yaxınlarda məlum olub ki, sən demə, Keşlə bazarında köhnəlmiş, xarab balıq satılırmış! Nə təzə xəbər! Qida Təhlükəsizliyi Agentliyi burnunun ucundakı bazarda satılan bu xarab məhsulları da görmürsə, onda hara baxır?!

Heç kimə sirr deyil ki, ölkədə, xüsusilə yay aylarında, ümumiyyətlə, isti aylarda qidalar çox təhlükəli olur. Restoranda müxtəlif xörəklər eyni yağda bişirilir. Yağ da hələ yağ olsa. Qidaların qiymətləri durmadan artır. Keyfiyyət isə əksinə daim üzüaşağı gedir.

Qısası: Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yaranandan sonra bu sahədə vəziyyət heç də düzəlməyib. Yenə də qida məhsullarının istehsalı, saxlanması, daşınması, əhaliyə satışı pis təşkil olunur. Qüsurlar çoxdur. Bunu görə bilmək üçün Qoşqar Təhməzliyə əlavə eynək lazım deyil, hətta eynəksiz də görünür hər şey. Təkcə elə uyğunsuz avtomobillərin çirkli yük yerində üstü açıq şəkildə daşınan çörəklər hər şeyi deyir. Bahalı restoranlarda belə yeməkləri milçəklərin hücumundan qorumaq üçün müştərinin gərək bir neçə əli ola...

Seyid Əhmədli, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
28
bizimyol.info

1Sources