Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu növbəti yoxlama oyununu keçirib.
Viral.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderland təmsilçisi “Tvente” ilə üz-üzə gəlib
Qarşılaşma Ağdam komandasının 1:2 hesablı məğlubiyyəti ilə bitib.
Son Yazılar:
- “Qarabağ” növbəti yoxlama oyununu KEÇİRDİ
- Quterreş Azərbaycan və Ermənistan liderlərinin görüşünü yüksək qiymətləndirdi
- İsrail Ordusu altı HƏMAS komandirinin ölümünü AÇIQLADI
“Köhlən atlar” bu gün ilk matçda bu rəqibə qalib gəlmişdi – 3:2.
Azərbaycan çempionu Avstriyadakı ilk qarşılaşmada Ukraynanın “Metallist” (Xarkov) kollektivinə uduzub – 4:5. “Köhlən atlar” Bakıdakı yoxlama matçında isə “Zirə”ni 4 cavabsız qolla üstələyib.
Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.