EN

Rusiyada miqrantlara qarşı kütləvi reyd KEÇİRİLDİ – 150 nəfər saxlanılıb

Moskva vilayətinin Balaşixa şəhərində Rusiya Milli Qvardiyası (Rosqvardiya) və OMON-un iştirakı ilə miqrantlara qarşı genişmiqyaslı reyd keçirilib.

KONKRET.az xəbər verir ki, Rosqvardiyanın məlumatına görə, “Avanqard” xüsusi təyinatlı dəstəsinin də cəlb olunduğu reydə Rusiya İstintaq Komitəsinin Hərbi İstintaq İdarəsi, hərbi komissarlıq, ərazi təhlükəsizliyi idarəsi və Moskva ilə Moskva vilayəti üzrə FTX əməkdaşları da qatılıb.

Reyd zamanı Balaşixa şəhər dairəsindəki anbar və istehsalat obyektlərində 500-dən çox miqrant yoxlanılıb, onlardan 150 nəfərin ölkə ərazisində qanunsuz olaraq yaşadığı müəyyən edilib.

Saxlanılan şəxslər hüquq-mühafizə orqanlarına təhvil verilib və barələrində müvafiq araşdırmalar aparılır.

Natiq Səlim,
KONKRET.az

Chosen
19
1
konkret.az

2Sources