EN

Mikroavtobusa yol verməyən 18 yaşlı xanım sürücü ağır qəza törətdi: 5 nəfər öldü VİDEO

Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

“VAZ”ın 18 yaşlı xanım sürücü 5 nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası törədib. Avtosfer.az xəbər verir ki, hadisə iyulun 10-da saat 14:20-də Simferopol - Baxçasaray - Sevastopol yolunun 47-ci kilometrliyində baş verib.

Məlumata görə, 18 yaşlı xanım sürücünün idarə etdiyi “VAZ-2109” markalı minik avtomobili “Mercedes Sprinter” markalı mikroavtobusla toqquşub.

Zərbənin təsirindən mikroavtobus aşıb, minik avtomobili isə deformasiyaya uğrayıb.  

Qəza nəticəsində “VAZ”ın 4 sərnişini hadisə yerində, 18 yaşlı sürücü qız isə bu gün – iyulun 11-də xəstəxanada ölüb.

Yerli medianın məlumatına görə, qəzaya 18 yaşlı sürücünün mikroavtobusa yol verməməsi səbəb olub.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
27
avtosfer.az

1Sources