EN

“Qarabağ”dan fərqli nəticələr – qələbə və məğlubiyyət

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” klubu növbəti yoxlama oyunlarını keçirib.

Msport.az xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Niderland təmsilçisi “Tvente” ilə iki oyunda üz-üzə gəlib

İlk görüşdə “köhlən atlar” 3:2 hesablı qalib gəlib. İkinci matçda isə niderlandlılar 2:1 hesablı qələbə qazanıb.

Azərbaycan çempionu Avstriyadakı ilk qarşılaşmada Ukraynanın “Metallist”ə (Xarkov) uduzub – 4:5. Azərbaycan çempionu Bakıdakı yoxlama matçında isə “Zirə”ni 4 cavabsız qolla üstələyib.

Qeyd edək ki, “Qarabağ” UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Şelburn” (İrlandiya) – “Linfild” (Şimali İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun ilk görüşü iyulun 22-23-də, cavab qarşılaşması 29-30-da baş tutacaq.

Chosen
22
30
msport.az

10Sources