Sumqayıt şəhərində qətl hadisəsi baş verib.
Publika.az Report-a istinadən xəbər verir ki, hadisə 2-ci mikrorayonda qeydə alınıb.
Məlumata görə, 1970-ci il təvəllüdlü Arif Bağıyev küçədə bıçaqlanaraq qətlə yetirilib. Hadisəni törətməkdə qızının həyat yoldaşı – Nurulla Mərdanov şübhəli bilinir.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Nurullah Mərdanov saxlanılıb.