EN

Tramp administrasiyası Cənubi Qafqaz işlərinə qarışma dərəcəsini azaldıb

Modern.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Postsovet Araşdırmaları Mərkəzinin Qafqaz sektorunun baş elmi işçisi, tarix elmləri doktoru Aleksandr Krılovun “İnkişaf strategiyaları” jurnalında “ABŞ, Rusiya və Cənubi Qafqaz 2025-ci ilin birinci yarısında” adlı müsahibəsi dərc olunub.Modern.az xəbər verir ki, Aleksandr Krılovun sözlərinə görə, ABŞ-ın yeni administrasiyası Cənubi Qafqaz işlərinə qarışma dərəcəsini azaldıb və bu regionun (eləcə də bütün postsovet məkanının) xərclərini və məsuliyyətini Avropa İttifaqının üzərinə atmağa çalışıb.“Aydındır ki, ABŞ-ın hazırkı administrasiyası dövründə bu vəziyyət davam edəcək, eyni zamanda Avropa İttifaqı daxilində böhran hadisələrinin kəskinləşməsi xarici amilin Cənubi Qafqazda dağıdıcı rolunun daha da zəifləməsinə şərait yaradacaq. Deməli, region ölkələrinin xarici oyunçuların maraqlarına uyğun deyil, öz milli maraqlarına uyğun siyasət yürütmək üçün əlavə imkanlar olacaq”, - A.Krılov deyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
22
1
modern.az

10Sources