EN

Azərbaycan və Gürcüstan arasında nəqliyyat sahəsində əməkdaşlıq müzakirə olunub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə Rəşad Nəbiyev öz "X" hesabında paylaşım edib.

Görüşdə ölkələrimiz arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq və gələcək perspektivlər, BTQ dəmir yolu layihəsinin tam fəaliyyətə düşməsi üçün görüləcək işlər, avtomobil nəqliyyatı sahəsində normativ hüquqi bazanın təkmilləşdirilməsi məsələləri müzakirə olunub.

Eyni zamanda İKT, rəqəmsal transformasiya, süni intellekt və innovasiya sahələrində potensial əməkdaşlıq ilə bağlı fikir mübadiləsi aparılıb.

Chosen
50
13
operativmedia.az

10Sources