“Sumqayıt” transfer çalışmalarını davam etdirir.
Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, “kimyaçılar” heyətini argentinalı müdafiəçi ilə gücləndirə bilər.
Premyer Liqa təmsilçisi “Arsenal”ın (Sarandi) futbolçusu Abel Amaya ilə yaxından maraqlanır.
Sağ cinah müdafiəçinin “Sumqayıt”a keçib-keçməyəcəyi yaxın vaxtlarda dəqiqləşəcək.
O, 2025-ci il dekabrın 31-nə qədər “Arsenal”a məxsusdur. Amaya “San Telmo” və “Banfild”II klublarında da oynayıb.