EN

⁠​Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

İyulun 11-də ölkə ərazisində qeydə alınan 45, əvvəlki dövrlərdən bağlı qalan 4 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə Bakues.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

⁠​Axtarışda olduğuna görə ümumilikdə 48, o cümlədən borclu şəxs qismində axtarışda olan 35 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

⁠Narkotiklərlə əlaqəli 22, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

⁠​Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb.

Chosen
11
33
icma.az

10Sources