EN

Bakıda BMW yandı -VİDEO

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, N.Tusi küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən News24.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində BMW markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi qismən yanıb.


Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.


Chosen
3
33
news24.az

10Sources