AZ

Bakıda BMW yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xətai rayonu, N.Tusi küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Milli.Az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində BMW markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi qismən yanıb.

Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.

Milli.Az

Seçilən
0
33
milli.az

10Mənbələr