Dünya bazarlarında ticarət əməliyyatlarının gedişində Azərbaycan neftinin qiyməti bahalaşıb.
Teleqraf xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti artaraq 75.59 ABŞ dollarına çatıb.
Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.