AZ

Azərbaycan nefti 75 dolları ötdü

BAKI, 8 iyul. TELEQRAF

Dünya bazarlarında Azərbaycan neftinin qiyməti artıb.

Teleqraf xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0.79 ABŞ dolları və ya 1.06% bahalaşaraq 75.49 ABŞ dollarına çatıb.

Qeyd edək ki, cari ilin dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 70 ABŞ dolları səviyyəsində götürülüb.

Seçilən
8
24
teleqraf.com

10Mənbələr