EN

Türkiyə prezidenti: Enerji və qaynaqlarımızı terrorla mübarizəyə deyil, inkişaf və yüksəlişə yönəldəcəyik

BAKI, 12 İyul. TELEQRAF

“Əl-ələ verdiyimiz təqdirdə bütün əngəlləri aşacağıq. Artıq yumruqları sıxmağa ehtiyac yoxdur. Bir-birimizə qarşı deyil, birlikdə addım ataraq Türkiyənin yeni əsrini inşa edəcəyik. Türkiyə çox daha güclü olacaq. Enerji və qaynaqlarımızı terrorla mübarizəyə deyil, inkişaf və yüksəlişə yönəldəcəyik.

Teleqraf xəbər verir ki, bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında səsləndirib.

“Rifah içində bir Türkiyə qurmaq üçün bir addım atana hər cür asanlığı təmin edəcəyik. Çıxış yolu axtarana qapı açarıq, amma sular tərsinə axmaz. Türk kürd, ərəb -bu gün dünənə nisbətən daha güclü və daha güvənlidir. İtkilərimizi unutmayacayıq, amma Allahın izni iləgənclərimiz həyatlarının baharında aramızdan ayrılmayacaq. Yaralarımızı sararaq, iradə ilə irəliləyəcəyik",- o qeyd edib.

Chosen
11
teleqraf.com

1Sources