Bakının Xətai rayonu, N.Tusi küçəsində avtomobildə yanğın baş verib.
Musavat.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “BMW” markalı minik avtomobilinin mühərrik hissəsində baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi qismən yanıb.
Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.