EN

İranda avtobus sürücüsü yüzə yaxın əfqan qaçqını çölün düzündə tərk etdi

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Şirazdan yola salınan və Zahedanın Əl-Qədir qaçqın düşərgəsinə gedən avtobusun sürücüsü qadın, uşaq və yaşlılar da daxil olmaqla yüzə yaxın əfqan qaçqını çöllük ərazidə tərk edib.

"Azad İran" "Telegram" kanallının məlumatına görə, sosial şəbəkələrdə bu hadisənin görüntüləri paylaşılıb.

Bildirilir ki, sürücü Zahedandan təxminən 40 km aralıda hər sərnişindən əlavə 400 000 tümən (4.6 dollar) tələb edib. Pulun ödənilməsindən imtina edildikdə, o, sərnişinləri səhranın ortasında düşürərək ərazini tərk edib.

"Bizi Şirazdan gətirdilər, dedilər ki, Zahedan düşərgəsinə aparacaqlar. Amma burada, səhranın ortasında bizi pul vermədiyimiz üçün buraxdılar. Uşaqlarımız, qadınlarımız var - bu, ədalətlidirmi?!" - deyə sərnişinlərdən biri gileylənib.

Hadisə geniş ictimai qınağa səbəb olub, ancaq hələlik yerli rəsmilərdən rəsmi açıqlama verilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
42
1
oxu.az

2Sources