EN

Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı üzvlərinin növbəti Qaçış Festivalı Türkiyədə keçiriləcək

QUSAR,, 12 iyul. TELEQRAF

Biz bu gün biz ümumi yığıncaq keçirdik və burada növbəti Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqı üzvlərinin iştirakı ilə Qaçış Festivalının Ula Dağ Kurortunda keçiriləcəyi elan olundu.

Teleqraf-ın Şahdağ Turizm Mərkəzinə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının Sədri Rüstəm Nəcəfov Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci Sammitinin rəsmi açılışı zamanı deyib.

O bildirib ki, İttifaqa üzv ölkələrdə illik xizək və snoubord yarışları keçirməyi, həmçinin mədəni və əyləncə tədbirləri təşkil etməyi planlaşdırılır:

“Növbəti yarış gələn mövsüm baş tutacaq və biz çox sevinirik. Ümumiyyətlə, biz bütün kurortlara tez-tez baş çəkmişik, amma Uludağ bizim üçün yəqin ki, ilk təcrübə olacaq və orada gözəl bir yarış keçirəcəyik.”

Chosen
18
12
teleqraf.com

10Sources