"Bu gün ümumi yığıncaq keçirdik və növbəti Qaçış Festivalının Uludağ Kurortunda keçiriləcəyinə qərar verildi".
Teleqraf-ın Şahdağ Turizm Mərkəzinə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının Sədri Rüstəm Nəcəfov Türkdilli Dövlətlərin Xizək Kurortları İttifaqının 1-ci Sammitinin rəsmi açılışı zamanı deyib.
O bildirib ki, İttifaqa üzv ölkələrdə illik xizək və snoubord yarışları keçirilməsi, həmçinin mədəni tədbirlərin təşkili planlaşdırılır:
“Növbəti yarış gələn mövsüm baş tutacaq və biz çox sevinirik. Ümumiyyətlə, bütün kurortlara baş çəkmişik, amma Uludağ bizim üçün yəqin ki, ilk təcrübə olacaq.”