EN

“Rubin” Honduras millisinin müdafiəçisi ilə gücləndi

“Rubin” Honduras yığmasının 27 yaşlı mərkəz müdafiəçisi Denil Maldonadonu “Universitatya Krayova”dan tamhüquqlu əsasda satın alıb.

Arena.az bu barədə “Rubin”in mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflər 4 illik – müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.

Keçid Kazan təmsilçisinə 1,60 milyon avro məbləğ müqabilində başa gəlib.

Denil Maldonado Tequsiqalpa “Motaqua”sının klubunun məzunudur. Müdafiəçi, karyerası ərzində “Paçuka”, “Everton”, “Los-Anceles” və “Universitatya Krayova” klublarında çıxış edib.

2024/2025-ci illər mövsümündə Maldonado “Universitatya Krayova” üçün 38 oyun keçirib, 4 qol vurub, 1 məhsuldar ötürmə verib.

Denil Maldonado 2019-cu ilin sentyabr ayında debüt etdiyi Honduras yığmasının heyətində 41 oyuna 1 qolla fərqlənib.

“Transfermarkt” internet-portalı 27 yaşlı honduraslı mərkəz müdafiəçisinin transfer dəyərini 1,8 milyon avro məbləğində qiymətləndirir.

Chosen
95
18
arena.az

10Sources