“Sumqayıt”dan ayrılan Sərtan Taşkının yeni komandasının adına aydınlıq gəlib.
İdmanxeber.az-ın məlumatına görə, Azərbaycan millisində də çıxış etmiş 27 yaşlı müdafiəçi karyerasını Türkiyədə davam etdirəcək. Futbolçu bu ölkənin 1-ci liqa təmsilçisi “Serik Bələdiyyəspor”un formasını geyinəcək. Tərəflər arasında bağlanan müqavilə 1 illikdir.
Qeyd edək ki, Taşkın ötən mövsüm “Sumqayıt”ın heyətində çempionatda 30 oyunda meydana çıxıb və 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.