Bakı. Trend:
Türkiyənin Manisa vilayətinin Salihli rayonunda yerləşən“Sardes” antik şəhəri və “Min Təpələr Lidya” abidələri UNESCO-nunDünya Mədəni İrs Siyahısına salınıb.
Trend xəbər verirki, bu barədə ölkənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyməlumat verib.
Nazir bildirib ki, dünyanın ilk metal pulunun dövriyyəyəburaxıldığı bu bölgə Lidya sivilizasiyasının paytaxtı kimi artıqbütün bəşəriyyətin ortaq irsi kimi tanınıb. O, Lidya mədəniyyətinitəmsil edən bu ərazinin dünya səhnəsində layiqli yerini tutduğunuvurğulayıb.
“Türkiyənin mədəni sərvətləri 'Türkiyə əsri' çərçivəsindəbir-bir üzə çıxır. Hər kəsi gecə muzeyçiliyi çərçivəsindəziyarətçiləri qəbul edən 'Sardes' antik şəhərinin sehrliatmosferini kəşf etməyə dəvət edirəm”, – deyə Ersoy qeyd edib.
Nazirliyin açıqlamasına görə, “Sardes” və ətrafındakı arxeolojisahə 2013-cü ildən UNESCO-nun İlkin Siyahısında yer alırdı vəParisdə keçirilən 47-ci sessiyada yekdilliklə daimi siyahıya daxilolunub.
Ərazi UNESCO-nun 3-cü meyarı üzrə — unikal mədəniyyət nümunəsiolaraq — siyahıya salınıb. Lidya sivilizasiyasına aid güclüarxeoloji və memarlıq sübutları, o cümlədən aparılanmultidisiplinar qoruma və elmi-tədqiqat işləri ərazinin beynəlxalqəhəmiyyətini daha da artırır.
Bu qərarla birlikdə Türkiyə UNESCO Dünya İrs Siyahısındakımövqeyini gücləndirərək Anadolunun zəngin tarixi irsini beynəlxalqsəviyyədə tanıtmağa davam edir.