EN

Mafiya başçısı bu ölkədə SAXLANILDI

Kolumbiyanın paytaxtı Boqotada beynəlxalq əməliyyat nəticəsində Latın Amerikasında fəaliyyət göstərən məşhur italyan mafiyası "Ndrangheta"nın lideri Cüzeppe Palermon (Pepo) həbs edilib.

Publika.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Qustavo Petro X sosial şəbəkəsində məlumat verib.

Dövlət başçısı əməliyyatın Böyük Britaniya, İtaliya və Avropolun əməkdaşlığı ilə həyata keçirildiyini qeyd edib. O, Palermonun 196 ölkədə axtarıldığını və onun əsasən Kolumbiya, Ekvador və Peru kimi ölkələrdən narkotik maddələri Avropaya daşımaqla məşğul olduğunu bildirib.

Chosen
9
21
publika.az

10Sources