EN

Ukraynadan İstanbul danışıqları ilə bağlı KRİTİK AÇIQLAMA

"İstanbulda danışıqlar formatı əslində öz faydalılığın itirib".

Publika.az xəbər verir ki, bunu "The Kyiv Independent" qəzetinə müsahibəsində Ukrayna xarici işlər nazirinin müavini Sergey Kislitsa deyib.

O vurğulayıb ki, humanitar məsələlər istisna olmaqla, İstanbulda heç bir tam danışıqlar aparılmayıb. Onun sözlərinə görə, Rusiya nümayəndə heyəti Kiyevin təklif etdiyi atəşkəs şərtlərini rədd edərək “ultimatum diktə etmək” məqsədi ilə gəlib. O, xüsusilə qeyd edib ki, Rusiya tərəfi iki dövlət liderlərinin görüşünü keçirməkdən imtina edib. Onun fikrincə, bu baş versə, razılaşmaların əldə olunması üçün əlverişli konstruktiv atmosfer yarada bilər.

Chosen
39
5
publika.az

10Sources