EN

Oqasavara adaları sahillərində güclü tayfun başladı

Bazar günü səhər Yaponiyanın Oqasavara adaları sahillərində Neri tayfunu əmələ gəlib.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Baş Meteorologiya İdarəsi məlumat yayıb.

Hazırda tayfun Tokiodan təxminən min kilometr aralıda yerləşir və şimala doğru irəliləyir.

Tayfun güclü olaraq qiymətləndirilir. Tayfunun mərkəzində təzyiq 996 hektopaskaldır. Mərkəzdə küləyin gücü saniyədə 18 metr təşkil edir.

Chosen
23
1
publika.az

10Sources