BAKI, 13 iyul. TELEQRAF
ABŞ-də təşkil olunan klublararası dünya çempionatında bu gün final görüşü keçiriləcək.
Teleqraf xəbər verir ki, həlledici görüşdə Fransanın PSJ və İngiltərənin "Çelsi" komandaları üz-üzə gələcək.
Paris klubu yarımfinalda “Real Madrid”i (İspaniya) 4:0 hesabı ilə darmadağın edib. "Zadəganlar" isə Braziliya "Fluminense"sini üstələyib - 2:0.
PSJ 2024/2025 mövsümündə UEFA Çempionlar Liqasının, "Çelsi" Konfrans Liqasının qalibi olub.
Qeyd edək ki, PSJ – “İnter” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.