EN

Kris Kuaku "Qarabağ"da

"Qarabağ" yeni mövsüm üçün üçüncü transferini reallaşdırıb. Klubdan verilən məlumata görə, Portuqaliyanın "Mafra" komandası ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Kris Kuaku heyətə cəlb olunub.

Kot d'İvuardan olan 25 yaşlı futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi "Qarabağ"da 6 nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2018-ci ildə Tunisin "Sfaksien" klubunda başlayan Kris 4 il sonra Danimarka təmsilçisi "Midtüllan"a keçib. O, 2023-cü ildən "Mafra"nın formasını geyinib.

Qeyd edək ki, "Qarabağ" bunadək daha iki futbolçunu - braziliyalılar Dani Bolt və Pedro Bikalyonu transfer edib.

Chosen
15
21
azerbaijan-news.az

10Sources