AZ

Qarabağ növbəti transferini həyata keçirib

Azertag saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bakı, 12 iyul, AZƏRTAC

"Qarabağ" yeni mövsüm üçün üçüncü transferini reallaşdırıb.

Klubdan AZƏRTAC-a verilən məlumata görə, Portuqaliyanın “Mafra” komandası ilə aparılan danışıqlar uğurla nəticələnib və yarımmüdafiəçi Kris Kuaku heyətə cəlb olunub.

Kot d'İvuardan olan 25 yaşlı futbolçu ilə 2+2 illik müqavilə imzalanıb. Yarımmüdafiəçi “Qarabağ”da 6 nömrəli forma ilə çıxış edəcək.

Peşəkar karyerasına 2018-ci ildə Tunisin “Sfaksien” klubunda başlayan Kris 4 il sonra Danimarka təmsilçisi “Midtüllan”a keçib. O, 2023-cü ildən “Mafra”nın formasını geyinib.

Qeyd edək ki, "Qarabağ" bunadək daha iki futbolçunu – braziliyalılar Dani Bolt və Pedro Bikalyonu transfer edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
19
azertag.az

10Mənbələr