EN

Sabah hava 40 dərəcəyə yaxınlaşacaq

Finss.az - Milli Hidrometeorologiya Xidməti iyulun 14-nə gözlənilən hava proqnozunu açıqlayıb.

Verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava günəşli olacaq. Səhər saatlarında zəif şimal-qərb küləyi əsəcək, günorta saatlarında isə onu cənub-şərq küləyi əvəz edəcək.

Paytaxtda havanın temperaturu gecə 21-26° isti, gündüz isə 35-38°, bəzi yerlərdə isə 40°-dək yüksələcək. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa düşəcək, nisbi rütubət isə gecə 60-70 %, gündüz 30-40 % təşkil edəcək.

Azərbaycanın rayonlarında da hava əsasən yağmursuz keçəcək. Lakin gündüz saatlarında bəzi dağlıq ərazilərdə qısamüddətli yağış və şimşək gözlənilir. Həmçinin arabir duman müşahidə oluna bilər. Mülayim şərq küləyi əsəcək.

Rayonlarda gecə 21-26°, gündüz 35-39°, bəzi yerlərdə isə 40° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 13-18°, gündüz 28-33° isti müşahidə ediləcək.

Chosen
36
49
fins.az

10Sources