Bakı. Trend:
İyulun 14-də gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda vəAbşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir.Zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzolacaq.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəziyerlərdə 40° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz30-40 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək.Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı,şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərqküləyi əsəcək.
Havanın temperaturugecə 21-26° isti, gündüz 35-39°, bəziyerlərdə 40° isti, dağlarda gecə 13-18° isti, gündüz 28-33° istiolacaq.