EN

Ərdoğanın çıxışı İran mediasını qıcıqlandırdı: Təbriz, İsfahan, Rey... - VİDEO

Türkiyə prezidenti Ərdoğan Təbriz, İsfahan və Rey(Tehran) şəhərlərini türk sivilizasiyasının mərkəzləri hesab edir.

Musavat.com xəbər verir ki, bu məlumatı Fars Telegram kanalı Ərdoğanın bu gün səhər Ədalət və İnkişaf Partiyasının üzvləri qarşısında çıxışına əsasən yayıb.

Türkiyə Prezidenti çıxışında türk sivilizasiyası tarixində mühüm rolu olan böyük şəhərləri sıralayarkən Təbriz, İsfahan və Reyin də adını çəkib ki, bu da İran hakimiyyətinə bağlı Telegram kanalını qıcıqlandırıb:

"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün səhər Ədalət və İnkişaf Partiyasının üzvləri qarşısında çıxışı zamanı deyib: Təbriz, İsfahan və Rey (Tehran) türk sivilizasiyasının mühüm mərkəzləridir. O, Təbriz, İsfahan və Rey (Tehran) şəhərlərinin türk sivilizasiyasındakı tarixi və mədəni rolundan danışaraq, bu üç tarixi şəhəri türk xalqının tarixinin ən parlaq mərkəzləri arasında yer alan türk şəhəri adlandırıb".

Musavat.com

Chosen
31
4
musavat.com

5Sources