2025/2026 mövsümündən Misli Premyer Liqasında mübarizə aparacaq “İmişli” növbəti transferini reallaşdırıb.
Offsideplus.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi heyətini braziliyalı müdafiəçi Rafael Viegasla gücləndirib.
Onunla 1 illik müqavilə imzalanıb.
Rafaelın Vieqasın son çıxış etdiyi yer “S. Joao Ver” (Portuqaliya) klubu olub.
Xatırladaq ki, "İmişli" daha öncə Ronaldo Rodriqez de Souza, Dioqo Vaskes Rollo, Azər Salahlı, İbrahim Əliyev və İmam Əlini transfer edib.