Salyanda avtomobilin su kanalına aşması nəticəsində üç nəfər ölüb.
Xezerxeber.az-ın məlumatına görə, hadisə Parça Xələc kəndində qeydə alınıb. Belə ki, rayonun Seyidan kəndindən Gəncəli kəndinə doğru hərəkətdə olan “QAZ-31” markalı avtomobil yolun kənarındakı su kollektoruna düşüb.
Qəza nəticəsində 1971-ci il təvəllüdlü Qafarov Sərraf Abbasağa oğlu, 1989-cu il təvəllüdlü Dəmirov Camal Mürşüd oğlu və 1987-ci il təvəllüdlü Həsənov Ramiq Vahil oğlu hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.