Salyan rayonunda ağır yol qəzasında ölən 3 nəfərin fotosu yayılıb.
"Unikal" xəbər verir ki, hadisə ötən gün Parça Xələc kəndində qeydə alınıb. Belə ki, rayonun Seyidan kəndindən Gəncəli kəndinə doğru hərəkətdə olan “QAZ-31” markalı avtomobil yolun kənarındakı su kollektoruna düşüb.
Qəza nəticəsində Gəncəli kənd sakinləri - 1971-ci il təvəllüdlü Qafarov Sərraf Abbasağa oğlu, 1989-cu il təvəllüdlü Dəmirov Camal Mürşüd oğlu və 1987-ci il təvəllüdlü Həsənov Ramiq Vahil oğlu hadisə yerində ölüblər.
Faktla bağlı araşdırma aparılır.
Xəlil Əliyev