EN

Nigeriyanın sabiq prezidenti 82 yaşında vəfat edib

Nigeriyanın sabiq prezidenti Muhəmmədu Buxari 82 yaşında dünyasını dəyişib.

APA-nın məlumatına görə, sabiq dövlət başçısının sosial şəbəkə hesabında yayılan məlumatda qeyd olunur ki, Buxari bu gün günorta saatlarında Londonda yerləşən klinikaların birində vəfat edib.

O, 2015–2023-cü illərdə ölkə prezidenti vəzifəsini icra edib.

Chosen
28
1
apa.az

2Sources