EN

Merts İsrailin Qəzzada atdığı addımlardan narazı olduğunu bildirib

Almaniya kansleri Fridrix Merts Qəzza zolağında mövcud vəziyyəti qəbuledilməz adlandırıb və bir neçə həftədir İsrailin anklavda atdığı addımlardan narazı olduğunu bildirib.

APA xəbər verir ki, bu barədə o, Almaniyanın "ARD" telekanalına müsahibəsində deyib.

“Ümid edirəm ki, biz avropalılar və amerikalılar birgə şəkildə Fələstin-İsrail münaqişəsinin iki dövlət əsasında həllinə gətirib çıxaracaq bir yol tapa biləcəyik”, – deyə Almaniya kansleri vurğulayıb.

Chosen
23
apa.az

1Sources