EN

Bakıda “Taxta bazarı”nda yanğın olub

Fövqəladə Hallar Nazirliyinin “112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda “Taxta bazarı” adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən "Report"a verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Qüvvələrin operativ müdaxiləsi sayəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğın ərazisinin bütün perimetri boyu yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Chosen
40
24
report.az

10Sources