AZ

"Taxta bazarın"da yanğın olub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Far.Az-ə verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Qüvvələrin operativ müdaxiləsi sayəsində qısa müddətdə yanğının yayılmasının qarşısı alınıb.

Bakı şəhərinin Nərimanov rayonunda yerləşən "Taxta bazarı" adlanan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən tam söndürülüb.

Seçilən
6
9
far.az

10Mənbələr