Bakı şəhərinin Nərimanov rayonunda yerləşən "Taxta bazarı" adlanan ərazidə yanğın olub.
Bununla bağlı Manset.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.
Bildirilib ki, yanğın nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən tam söndürülüb.