EN

Bu gün günəşlə yarış başlayır – 40 dərəcə isti

Bu

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Zəif şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olacaq.Bu barədə Ulusum.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-38°, bəzi yerlərdə 40° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək.Nisbi rütubət gecə 60-70 %, gündüz 30-40 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.Havanın temperaturu gecə 21-26° isti, gündüz 35-39°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 13-18° isti, gündüz 28-33° isti olacaq.

Diqqət Çəkənlər

Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb - XƏBƏRDARLIQ - VİDEO

Yayda ev heyvanlarını istidən qoruyun!

Çinin Lanzhou Maliyyə və İqtisad Universitetinin nümayəndə heyəti BDU-da

Chosen
20
49
ulusum.az

10Sources